Liderxeber.az / İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi

İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi

İsrail ilk dəfə Haniyənin Tehranda öldürülməsini etiraf etdi

İsrael Kats HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib.

Liderxeber.az bu barədə "Ynet" portalına istinadən məlumat yayıb.

"Biz Yəməndə onlara ("Ənsar Allah" hərəkatını nəzərdə tutur - red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq", - deyə İsrailin müdafiə naziri qeyd edib.

Qeyd edək ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda gecələdiyi malikanədə yaxınmənzilli raketdən açılan atəşlə öldürülüb. İsrail hökuməti əvvəllər İ.Haniyənin öldürülməsində iştirakını etiraf etmirdi.

24-12-2024, 11:50
Geriyə