Liderxeber.az / ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

ABŞ Rumıniyada, Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığı bildirib.

Məlumata görə, iki "B-52H Stratofortress" təyyarəsi Mixail Kogalniçanu aviabazasına çatıb. Uçuş bombardmançı əməliyyat qrupunun təlimi çərçivəsində həyata keçirilib.

Qeyd olunur ki, ABŞ-nin nüvə silahı daşımağa qadir olan strateji bombardmançı təyyarələri ilk dəfədir ki, Rumıniya ərazisində fəaliyyət göstərir.

23-07-2024, 09:11
Geriyə