Liderxeber.az / Qəzza zolağında ölənlərin sayı 18 787 nəfərə çatıb

Qəzza zolağında ölənlərin sayı 18 787 nəfərə çatıb

Qəzza zolağında ölənlərin sayı 18 787 nəfərə çatıb

Qəzza zolağında ölən fələstinlilərin sayı 18 787 nəfərə çatıb.

LiderXəbər xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusunun 7 oktyabrdan indiyə qədər Qəzzada davam edən hərbi əməliyyatları nəticəsində ölənlərin təxminən 70 faizi qadın və uşaqlardır.

Həmçinin əlavə olunub ki, indiyə qədər 6 minə yaxın insan itkin düşüb, 50 897 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və yaralananların böyük əksəriyyətinin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 69-cu gündür ki, davam edir.

14-12-2023, 18:02
Geriyə