Liderxeber.az / HƏMAS İsraillə əsir mübadiləsi etməyə hazır olduğunu açıqlayıb

HƏMAS İsraillə əsir mübadiləsi etməyə hazır olduğunu açıqlayıb

HƏMAS İsraillə əsir mübadiləsi etməyə hazır olduğunu açıqlayıb

Fələstinin HƏMAS hərəkatı İsrail tərəfi ilə əsir mübadiləsi sazişi bağlamağa hazırdır.

LiderXəbər-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə radikalların nümayəndəsi Hazem Qassem Qətərin “Əl-Cəzirə” telekanalına bildirib.

“Həmas bütün əsirlərimiz müqabilində bütün əsirləri azad etməyə hazırdır” – hazem Qassem bildirib.

O, həmçinin qeyd edib ki, Həmas "öz gücünə və Fələstin xalqının müqavimət göstərmək qabiliyyətinə arxalanaraq hazırkı döyüşün öhdəsindən gələcəyini" gözləyir.


31-10-2023, 09:12
Geriyə