Liderxeber.az / Rusiya İranda qaz qovşağının yaradılması məsələsini araşdıracaq

Rusiya İranda qaz qovşağının yaradılması məsələsini araşdıracaq

Rusiya İranda qaz qovşağının yaradılması məsələsini araşdıracaq

Rusiyanın “Qazprom” şirkəti İranda qaz qovşağının (qaz satışı mərkəzi – red.) mümkün yaradılması məsələsini araşdıracaq.

LiderXəbər xəbər verir ki, bunu “RT Arabik”ə müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, əgər layihə yaxşı olarsa, Rusiya Federasiyası bu layihədə iştirak edəcək.

"Düşünürəm ki, bizim "Qazprom" şirkətimiz bu məsələni araşdıracaq və əgər bu, həqiqətən də real və potensial olaraq yaxşı layihədirsə, təbii ki, o layihədə iştirak edəcək. Rusiya da həmçinin. Amma biz bunu dəyərləndirib öyrənməliyik", - Aleksand Novak qeyd edib.


13-10-2023, 14:33
Geriyə