Liderxeber.az / Yaponiyada kütləvi böhran: Ölkədə son 12 ilin ən yüksək iflas səviyyəsi qeydə alınıb

Yaponiyada kütləvi böhran: Ölkədə son 12 ilin ən yüksək iflas səviyyəsi qeydə alınıb

Yaponiyada kütləvi böhran: Ölkədə son 12 ilin ən yüksək iflas səviyyəsi qeydə alınıb

2026-cı ilin birinci yarımilliyində Yaponiyada 5.3 mindən çox özəl müəssisənin müflisləşməsi qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Tokyo Shoko Research" işgüzar statistika araşdırmaları mərkəzi məlumat yayıb.

Məlumata görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% çox olmaqla yanaşı, son 12 ilin ən yüksək göstəricisi hesab edilir.

Mərkəzin təqdim etdiyi statistik göstəricilər borcu 10 milyon yendən (62 min dollardan çox) artıq olan şirkətlərin müflisləşmə məlumatlarına əsaslanır.

Mütəxəssislərin fikrincə, kütləvi bağlanmalar ilk növbədə milli valyuta olan yenin ucuzlaşması fonunda qiymətlərin artması, eləcə də işçi qüvvəsinin çatışmazlığı səbəbindən kadr xərclərinin çoxalması ilə əlaqədardır.

İflasa uğrayan şirkətlərin böyük bir qismi xidmət və tikinti sektorlarında fəaliyyət göstərənlərdir.

"Tokyo Shoko Research"in proqnozlarına əsasən, ilin ikinci yarısında ölkə ərazisində müflisləşmə hallarının sayı daha da arta bilər.

Bu gün, 13:38
Geriyə