Liderxeber.az / ABŞ-də Müstəqillik Günü tətili qanlı keçdi - 3 gündə 20 atışma

ABŞ-də Müstəqillik Günü tətili qanlı keçdi - 3 gündə 20 atışma

ABŞ-də Müstəqillik Günü tətili qanlı keçdi - 3 gündə 20 atışma

ABŞ-nin Müstəqillik Günü münasibətilə elan edilmiş 3 günlük bayram tətili günlərində ölkədə rekord sayda - 20 atışma hadisəsi qeydə alınıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Gun Violence Archive” qeyri-hökumət təşkilatı “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. 

Bildirilib ki, bu, 2021-ci ildən sonra ən yüksək göstəricidir. Bu atışmalar nəticəsində ümumilikdə 100 nəfər ölüb, 340 nəfər güllə yarası alıb. 

Təşkilat bu statistik məlumatların ilkin xarakter daşıdığını və dəyişə biləcəyini açıqlayıb.


Bu gün, 11:16
Geriyə