Liderxeber.az / Pentaqonu məhkəməyə verdilər

Pentaqonu məhkəməyə verdilər

Pentaqonu məhkəməyə verdilər

Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. 

Liderxeber.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. 

Buna səbəb ABŞ Müdafiə Nazirliyinin həmin şirkəti “qara siyahıya” salması olub.

“Biz ABŞ Müdafiə Nazirliyini rəsmi olaraq məhkəməyə vermişik və şirkətin Çinin hərbi korporasiyaları siyahısından çıxarılmasını tələb edirik”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, iyunun 9-u Pentaqon aralarında “Alibaba”nın da yer aldığı bir sıra Çin şirkətlərini hərbi şirkətlər siyahısına daxil edib.

Bu gün, 14:00
Geriyə