Liderxeber.az / Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın idmanında iştirakının yolverilməz olduğunu bildirdi

Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın idmanında iştirakının yolverilməz olduğunu bildirdi

Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın idmanında iştirakının yolverilməz olduğunu bildirdi

ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın idman yarışlarında iştirak etməməli olduğunu bəyan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, Pensilvaniya ştatında, Allentoun şəhəri yaxınlığında iqtisadi mövzularda danışan ABŞ lideri bildirib:

"Bir kişi gəlir, hansı ki, cinsiyyətini dəyişib. Belə bir ifadə mövcuddur. Həmin şəxs kişi ağır atletlər reytinqində ən son sıralarda yer alırdı, lakin hazırda qadın ağır atleti kimi çıxış edir. O, 210 funtluq çəkini qaldırır. Qadın üçün bu ağırlıq olduqca böyükdür, ancaq onu tək əllə qaldırmağı bacaran kişi üçün deyil".

Daha sonra Ağ Evin rəhbəri kişi-atletin ağırlığı iki əllə qaldırmasını təsvir edən jest də göstərib.

"Nəticədə o, qalib gəldi və hər kəs bunun çox möhtəşəm olduğunu bildirdi. Biz ağlımızı itirmişik? Kişilər qadın idmanında iştirak etməməlidir", - deyə Tramp yekunlaşdırıb.

Xatırladaq ki, mart ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgenderlərin qadın yarışlarında iştirakını qadağan etmək qərarına gəlib. Daha sonra BOK dəqiqləşdirib ki, transgenderlər Olimpiya Oyunlarının yarışlarında bioloji cinslərinə uyğun kateqoriyalarda iştirak edə bilərlər.

Bu gün, 10:07
Geriyə