Liderxeber.az / Əsgərliyə getməmək üçün Rusiyanı tərk etdi

Əsgərliyə getməmək üçün Rusiyanı tərk etdi

Əsgərliyə getməmək üçün Rusiyanı tərk etdi

Rusiyalı reper, tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib.

LiderXəbər xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat yayıb.

O bildirib ki, Danya Miloxin dünən ilk reyslə son vaxtlar yaşadığı Dubaya uçub.

Qeyd edək ki, Mizulina daha əvvəl tiktokerin orduya çağırılması barədə müraciət etmişdi.

Xatırladaq ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın "Forbes" jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı.

13-09-2023, 14:24
Geriyə