Liderxeber.az / İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi

İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi

İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi

TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən İran – Yeni Zelandiya matçında 4 dəqiqə boyunca komandaları səhv salıb.

Liderxeber.az xəbər verir ki, şərhçi iranlıları Yeni Zelandiya, yeni zelandiyalıları İran kimi təqdim edib. 

4-cü dəqiqədə o, İran yığmasının ulduzu Mehdi Taremini gördükdən sonra yanlışını anlayıb. 

Nəticədə azarkeşlərdən üzr istəyən şərhçi TRT rəhbərliyi tərəfindən cəzalandırılıb. Murat Ekrem Çimen ABŞ-dəki yayım qrupundan kənarlaşdırılıb. 

Bu gün, 15:21
Geriyə