Liderxeber.az / Avropalıların ABŞ-yə inamı tarixi minimuma düşdü

Avropalıların ABŞ-yə inamı tarixi minimuma düşdü

Avropalıların ABŞ-yə inamı tarixi minimuma düşdü

Avropa sakinlərinin ABŞ-yə etimadı indiyə qədər olan ən aşağı səviyyəyə enib.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Xəbərə görə Avropa Xarici Əlaqələr Şurası analitik mərkəzinin 15 Avropa ölkəsində təşkil etdiyi sorğunun nəticələri göstərir ki, hər on respondentdən yalnız biri (11%) ABŞ-ni öz müttəfiqi kimi qəbul edir. Ötən il bu göstərici 16%, 2024-cü ilin noyabrında isə 22% təşkil edib. Hazırda avropalıların əksəriyyəti hər hansı bir hücum ehtimalı olduqda ABŞ-nin köməyə gələcəyinə şübhə ilə yanaşır. Bununla belə, sorğuda iştirak edən ölkələrin vətəndaşlarının böyük qismi böhran zamanı qonşu dövlətlərin onların karına çatacağına əmindir.

Tədqiqatçıların fikrincə, Vaşinqtonun Yaxın Şərqdəki sərt siyasəti, Qrenlandiya ilə bağlı səsləndirdiyi təhdidlər, hərbi qüvvələrini Avropa bazalarından çıxarmaq vədləri və NATO-nun gələcəyinə olan skeptik yanaşmalar Avropada praqmatizmin güclənməsinə səbəb olub. Artıq avropalılar müdafiə xərclərinin artırılmasını və Vaşinqtondan asılılığın azaldılmasını daha çox dəstəkləyirlər.

Bu gün, 15:24
Geriyə