Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən böyük dəstini təqdim edib.
Liderxeber.az bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.
"LEGO Architecture Sagrada Familia" dəsti Barselonadakı məşhur Müqəddəs Ailə kilsəsinin memarı Antoni Qaudinin vəfatının yüzüncü ildönümünə özəl olaraq satışa çıxarılır.
Dəst 12 060 detaldan ibarətdir. Xatırladaq ki, bundan əvvəlki rekord "Minas Tirit" dəstinə məxsus idi və o, 8 272 elementdən ibarət idi.
"LEGO Architecture Sagrada Familia" dəstinin noyabrın 1-də satışa çıxarılması nəzərdə tutulub. Artıq ön sifarişlərə başlanılıb. Şirkət tərəfindən 799.99 dollar dəyərində qiymətləndirilən bu dəst 18 yaş və ondan böyük şəxslər üçün nəzərdə tutulub.