Liderxeber.az / Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Ad gününü qeyd etmək üçün Əbu-Dabiyə getmişdi - Qayıda bilmir

Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladze Yaxın Şərq regionunda baş verən hadisələr fonunda BƏƏ-dən ölkəsinə geri dönə bilmir.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Məlumata görə, K.Kaladze həftə sonu Əbu-Dabi şəhərində olub və vəziyyətin gərginləşməsinə görə Gürcüstana qayıda bilmir. 

Tbilisi merinin ailəsi ilə öz doğum gününü qeyd etmək üçün BƏƏ-yə yollandığı qeyd olunub. 

Qeyd edək ki, fevralın 27-də Kaladzenin 48 yaşı tamam olub.

2-03-2026, 11:55
Geriyə