Liderxeber.az / Dörd həftədə dünyada koronavirusdan ölüm hallarının sayı 30 faiz azalıb

Dörd həftədə dünyada koronavirusdan ölüm hallarının sayı 30 faiz azalıb

Dörd həftədə dünyada koronavirusdan ölüm hallarının sayı 30 faiz azalıb

Aprelin 3-dən 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox adam bu xəstəlik səbəbindən vəfat edib. Bu dövrdə ölüm hallarının sayı əvvəlki 28 günlə müqayisədə 30%, yoluxma hallarının sayı 17% azalıb.

LiderXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma və 17 459 ölüm faktı qeydə alınıb.

28 gün ərzində ən çox yoluxma faktı ABŞ-da aşkarlanıb - 392 480 nəfər. Sonrakı yerləri Koreya Respublikası (330 509), Yaponiya (251 158), Hindistan (222 784) və Fransa (197 190) tutur.

Aprelin 3-dən 30-dək virusdan ən çox ölüm faktı da ABŞ-da qeydə alınıb - 5 263 nəfər. Sonrakı yerləri Braziliya (1255), Rusiya (993), Fransa (871) və İran (762) tutur.

Ümumilikdə ÜST pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma və bu virusdan 6 921 614 ölüm halı qeydə alıb

5-05-2023, 09:38
Geriyə