Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Çin dönüşü İran planı - İki hərbi seçim var

15 may 2026, 09:19
Çin dönüşü İran planı - İki hərbi seçim var

ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Vaşinqton administrasiyasının İrana qarşı yeni hərbi addımları müzakirə etdiyi bildirilir.

Liderxeber.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlara görə, Ağ Ev Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə bağlı yeni təhlükəsizlik variantlarını nəzərdən keçirir.

İddialara əsasən, masadakı əsas variantlardan biri “Azadlıq Layihəsi” adlı hərbi planın yenidən gündəmə gətirilməsidir. Planın əsas məqsədinin Hörmüz boğazında gəmi keçidlərinin təhlükəsizliyini təmin etmək və beynəlxalq dəniz ticarətini qorumaq olduğu bildirilir.

Məlumata görə, bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə daha aktiv fəaliyyət göstərməsi nəzərdə tutulur.

Digər variant kimi isə İranın strateji infrastruktur obyektlərinə qarşı məhdud və ya genişmiqyaslı hava əməliyyatlarının müzakirə edildiyi iddia olunur.

ABŞ rəsmilərinə istinadən yayılan xəbərlərdə Vaşinqtonun xüsusilə İranın bölgədəki hərbi fəaliyyəti və dəniz nəqliyyatına təsir imkanlarından narahat olduğu qeyd edilir.