Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Yasəmən qoxusu hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssisdən açıqlama

15 may 2026, 11:11
Yasəmən qoxusu hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssisdən açıqlama

Yataq otağında saxlanılan yasəmən çiçəyi başağrısı, aritmiya və hətta görmə qabiliyyətinin pisləşməsi daxil olmaqla, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Liderxeber.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Tatyana Xrınova məlumat verib.

"Yasəmənləri yalnız yaxşı havalandırılan otaqlarda saxlamaq lazımdır. Onları heç bir halda yataq otağına qoymaq olmaz, çünki bu çiçəyin kəskin qoxusu güclü baş ağrılarına yol açır", - deyə mütəxəssis vurğulayıb.

Ekspert qeyd edib ki, yasəmənin yarpaqlarında və çiçəklərində siringin adlı ürək qlikozidi var. Bu maddə ürək ritmini poza, yuxusuzluğa və miqrenə bənzər ağrılara səbəb ola bilər. Nadir hallarda isə görmənin pisləşməsinə və qanda trombositlərin səviyyəsinin azalmasına gətirib çıxarır. Eyni zamanda bu maddəyə qarşı həssaslıq fərdi xarakter daşıyır və bəzi insanlarda kəskin allergik reaksiyalar yarada bilər.

T.Xrınovanın sözlərinə görə, yasəmən çiçəyini terrasda, qonaq otağında açıq pəncərənin yanında və ya eyvanda yerləşdirmək daha məqsədəuyğundur. Belə olan halda yasəmən heç bir sağlamlıq riski yaratmadan ətrafı gözəlləşdirəcək.