Son Xəbərlər
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif

Mühüm sazişin müzakirəsini təxirə saldı

11 may 2026, 11:14
Mühüm sazişin müzakirəsini təxirə saldı

İsrail Baş naziri Benyamin Netanyahu 1993-cü ildə Fələstin Muxtariyyəti ilə imzalanmış Oslo Sazişlərinin ləğvini təklif edən qanun layihəsinin müzakirəsini təxirə salıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti məlumat yayıb.

Hesabatda bildirilir ki, İsrail Knessetinin qanunvericilik komitəsində qanun layihəsinin müzakirəsi Netanyahunun tələbi ilə təxirə salınıb.

Belə ki, İsrail Ədliyyə Naziri Yariv Levin də təxirəsalma ideyasını dəstəkləyib və bunun qanun layihəsinə etiraz demək olmadığını bildirib. Levin bildirib ki, “Nəticə etibarilə, məsələlərdən xəbərdar olan bir Baş nazir var. Müzakirə onun təsdiqinə qədər təxirə salınıb”.

Həmçinin, İsrail hökumətinin katibi Yossi Fuks qanun layihəsi ilə bağlı xəbərdarlıq edib: “Biz amerikalılarla əməkdaşlığın zəruri olduğunu anlamalıyıq”.

Qeyd edək ki, Oslo Sazişi və ya Birinci Oslo Sazişi kimi də tanınan “Müvəqqəti Özünüidarəetmə Prinsipləri Bəyannaməsi” 13 sentyabr 1993-cü ildə Vaşinqtonda, o vaxtkı İsrail Baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfat arasında Norveçin Oslo şəhərində keçirilən danışıqlardan sonra imzalanıb.

Sazişin məqsədi tərəflər arasında illərdir davam edən münaqişəyə son qoymaq, müvəqqəti Fələstin Muxtariyyətinin yaradılması və 1999-cu ildə müstəqil Fələstin dövlətinin yaradılması ilə ədalətli, davamlı və hərtərəfli sülhə nail olmaq idi.