Liderxeber.az / Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiblər

Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiblər

Alimlər neyropatiya ilə kimyaterapiya arasında əlaqəni müəyyənləşdiblər

ABŞ alimləri taksanlara və platin birləşmələrinə əsaslanan kimyəvi üsullarla müalicənin - kimyaterapiyanın 40 % hallarda neyropatik ağrıya səbəb olduğunu aşkarlayıblar.

Bu barədə Liderxeber.az “Regional Anesthesia & Pain Medicine” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.

Qeyd edilir ki, neyropatiya periferik sinirlərin zədələnməsi fonunda baş verən sinir sisteminin qeyri-iltihablı patologiyasıdır.

On min doqquz yüz xəstənin məlumatlarını araşdıran qlobal araşdırmanın nəticələrinə görə, alimlər FOLFOX kimyaterapiyasından istifadə edərkən neyropatik ağrıların 16 % hallarda daha az baş verdiyini aşkarlayıblar. Bununla belə, bəzi xərçəng xəstəliyi növləri olan pasuiyentlərdə neyropatiya daha tez-tez baş verir. Belə ki, bu, ağciyər xərçəngi olan xəstələrin 60,2 faizində aşkar edilib.

29-01-2025, 09:19
Geriyə