Liderxeber.az / Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib

Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib

Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib

Daxili Qoşunların hərbi qulluqçusu Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.

Liderxeber.az xəbər verir ki, DQ-nin Hacıqabulda yerləşən hərbi hissəsində xidmət edən əsgər, Xaçmaz rayonunun Qıraqlı kənd sakini, 2006-cı il təvəllüdlü Sərxan Qurbanov avqustun 14-də dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

DİN hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

15-08-2024, 13:39
Geriyə