Liderxeber.az / Çimərliyə getmək istəyənlərin nəzərinə!

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Çimərliyə getmək istəyənlərin nəzərinə!

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, avqustun 14-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti gözlənilir.

13-08-2024, 15:59
Geriyə