Liderxeber.az / Xırdalanda tikilən binada faciə

Xırdalanda tikilən binada faciə

Xırdalanda tikilən binada faciə

Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Liderxeber.az xəbər verir ki, dünən saat 09 radələrində 1996-cı il təvəllüdlü Nastakalov Anar İsa oğlu fəhlə işlədiyi Xırdalan şəhəri ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

22-07-2025, 10:20
Geriyə