2014-03-19 13:45

Əsil xoşbəxtlik imanla mümkündür

Bəzən ətrafımızda sıxıntılı üz ifadəsinə malik olan bir çox insanla qarşılaşırıq. Çox cüzi çatışmamazlıq qarşısında tez hirslənən, hər şeyə deyinən, hər şeydən şikayətlənən, bir sözlə həyatından narazı insanların sayı getdikcə artır. Eyni zamanda sosial şəbəkələrdə təhdid, təhqir, tənqid, lağ və ya kimisə alçaltmaq üçün istifadə olunan üslublarla paylaşılan bir çox statuslar insanların nə qədər sevgisiz olduqlarını və sevgiyə nə qədər ehtiyacı olduqlarını göstərir. Bu cür insanların ortaq xüsusiyyətləri nədir? Ya iman gətirməmələri, ya da iman gətirməkdə tərəddüd etmələridir. Çünki bu insanlar imanın insana bəxş edəcəyi gözəlliklərdən xəbərsizdirlər və ya bunu heç bir zaman düşünmədiklərinə görə dünya həyatında da hər zaman sıxıntılı bir həyat sürürlər. Rəbbimiz Allah Quranda bu insanlara diqqət çəkir.

Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar ..." (Yunus-7). Ayə iman gətirməyən və nə olursa olsun, dünya həyatına razi olub onun aldadıcı və müvəqqəti bər-bərzəyinə aldanan kimsələrdən bəhs edir. Bu insanların məqsədi isə aydındır: "dünyaya bir dəfə gəlirik”, ”üç günlük dünyadır, ye-iç kef elə”, ”niyə sən də başqalarından yaxşı yaşamayasan ki" və s. kimi düşüncələrlə, əslində, özlərini aldatmış olurlar. Buna görə də yeganə məqsədləri dünya həyatından daha çox faydalanmaqdır. Ancaq bu insanlar müvəqqəti dünya həyatını sonsuz yurd olan axirətə dəyişdiklərinə görə tək hədəfləri və mənfəətləri dünyalıqdir. Onlar bilərəkdən və ya bilməyərəkdən, cahilliklərindən dolayı imandan uzaq qalmışlar. Bəlkə də yaşadıqları sevgisizliyin, sıxıntıların, ruhən və bədənən keçirdikləri narahatçılığın kökündə iman əskikliyinin olduğunu heç düşünmürlər. Halbuki, onların bu sıxıntılı həyat tərzlərini dəyişmələri və hüzurlu şəkildə yaşamaları çox asandır. Bunun üçün nə lazımdır? Sadəcə dünyanın necə bir yer olduğunu və nəyə görə var olduğunu, özünün kim olduğunu və hansı məqsədlə yaradıldığını düşünmək kifayətdir.

İman gətirməyən insanlar üçün xoşbəxtlik anlayışı nə deməkdir?

Bəzən insanlar xoşbəxt olmaq üçün bir çox səbəb axtarırlar. Bəziləri üçün dövlətli olmaq, bəziləri üçün gözəl olmaq, bəziləri üçün ailə həyatı qurmaq, övlaq sahibi olmaq, bəziləri üçün hər kəs tərəfindən tanınan və sevilən məşhur bir şəxs olmaq, bəziləri üçün də iş karyerasında yeni nailiyyətlər əldə etmək və s. xoşbəxtlik səbəbidir. Doğrudur, bununla insanlar sevincə qapılıb özlərini xoşbəxt hiss edə bilərlər, ancaq bu xoşbəxtlik müvəqqətidir. Məsələn: insan çox gözəl bir evi və ya en son model maşını olsun istəyər. Bununla xoşbəxt olacağını düşünər. İstədiklərinə nail olduqdan sonra sevinər. Bir müddətdən sonra vaxtilə çox arzuladığı və onu əldə etmək üçün bəlkə də illərini, sağlamlığını sərf etdiyi bu istəyi onun üçün adiləşər və artıq ondan zövq almaz. Bəs sonra? Yenidən xoşbəxt olmağın yollarını, yəni səbəblərini axtarar. Bu vəziyyət iman gətirməyənlər üçün bütün həyatları boyu davam edər. Çünki əsil hüzur və xoşbəxtlik dünyada da, axirətdə də ancaq imanla mümkün olan bir şeydir. Dünya həyatının keçiciliyi kimi, iman gətirməyənlərin coşğuları və sevincləri də keçicidir. Rəbbimiz dünyaya bağlı olaraq yaşanan xoşbəxtliyin eynilə dünyadakı hər şey kimi keçici olduğunu belə bildirir: Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir (Hədid surəsi, 20)

İman gətirən insanlar həyatlarının hər anında xoşbəxt və hüzurlu olurlar

İman gətirən insanlar yaratdığı hər bir şey üzərində Allahın varlığının sonsuz ağlının və gücünün şüurundadırlar və buna qəti olaraq iman gətirmişlər. İman gətirənlər yaradılış məqsədlərini, dünyanın bir imtahan yeri olduğunu və burada Allah tərəfindən sınandıqlarını bilirlər. Onların əsil hədəfləri müvəqqəti dünya həyatı deyil, sonsuz axirət yurdudur, bunun üçün də dünyadan ancaq axirətdəki sonsuz xoşbəxt həyatı əldə etmək üçün istifadə edərlər. Allah bir ayədə iman gətirənlərin bu üstün xüsusiyyətinə belə diqqət çəkir:Elə isə, dünyanı verib əvəzində axirəti satın alanlar Biz ona böyük bir mükafat verəcəyik.(Nisa surəsi, 74)

İman gətirənlər imtahan olunduqlarının fəqindədirlər. Buna görə də çətinliklər qarşısında səbir etdikləri üçün Allah Qatında ən böyük mükafatı alacaqlarına ümid edərlər. İman gətirənlər xoşbəxt olmaq üçün səbəb axtarmırlar, iman gətirmələri onlar üçün ən böyük xoşbəxtlikdir. Bunun sevincini yaşayarlar. Vicdanən hərəkət etdikləri üçün yaşadıqları hadisələr üzərində düşünər və oradakı hikməti anlamağa çalışarlar, dünya ilə axirəti müqayisə edərkən nemətlərin qədrini daha yaxşı bilərlər.

Sonda belə bir nəticəyə gəlmək olar ki, dünyada nemət olaraq verilən bütün gözəlliklər sevgi və fədakarlıq ruhu ilə əməl olunduğu zaman insana zövq verər. Əks təqdirdə insanın həyatına zərbə vuran bir əzab vəsiləsi olar. İnsan iman gətirdiyi zaman gözəlliklərdən zövq alar. Yaşadığı sıxıntılar qarşısında daim Allaha təvəkküllü olar və qədərinə tam iman gətirdiyi üçün bunun rahatlığını yaşayar, hər hadisədə xeyir görər, hər məsələyə həll yolu tapar. İnsan iman gətirdiyi zaman əsil xoşbəxtliyin nə olduğunu bilər. Bu səbəbdən də möminlərin Allahın rızasını qazanmaq və din əxlaqının hakim olması üçün etdikləri hər bir iş onlar üçün bir sevinc qaynağıdır. Bu, heç bir şəkildə təqlid olunmayan səmimi iman sevincidir. Möminlərin dünya həyatındakı bu xoşbəxtlikləri Rəbbimizin izni ilə cənnətdə də sonsuzadək davam edəcəkdir. Allah bu həqiqətə Quranda belə diqqət çəkir:

İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi,15)

Firuzə Həsənzadə

LiderXeber.com  

SON XƏBƏRLƏR


Yuxarı