2015-08-06 14:50

Qəbələdə mürəbbə festivalı keçiriləcək

Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq.

Bu barədə LiderXeber.az-a Mədəniyyət və Turizm nazirliyindən bildirilib. 

Nazirliyin məlumatına görə, tədbirdə Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti xanım Karmen de Padilla da iştirak edəcək.

Festivala Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, festival Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə, Dünya Kulinariya Təşkilatları Birliyi və UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək. 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı