2015-08-01 12:34

Ləzzətlə yediyiniz pendirin tərkibini bilirsiniz?

Pendir - demək olar ki, hami tərəfindən sevilən çox xeyirli və dadlı süd məhsuludur.

Onun xeyirli xüsusiyyətləri qida dəyərinə bağlıdır. Pendirin tərkibində insan orqanizmi üçün vacib olan zülal, süd yağı, mineral maddələr, vitamin və ekstraktiv maddələr vardır. Onların konsentrasiyası ,süddə oaln miqdardan 10 dəfə daha yüksəkdir. Məhz buna görə 50 qr pendir yemək, 0.5 lt süd içməyə bərabərdir. Pendirin tərkibində olan zülal, südün tərkibində olan zülaldan daha yaxşı mənimsənilir. Pendirin tərkibinin 3% — i mineral maddələrdən ibarətdir ki, onların böyük hissəsini kalsiy və fosfor, qalan hissəsini isə sink, yod, selen, dəmir, mis və kaliy tutur. Tərkibi həmçinin A, B1, B2, B12, C, D, E, PP vitaminləri və pantoten turşusu ilə zəngindir. Enerji dəyərinı gəldikdə isə tərkibində olan yağ və zülaldan asılı olaraq dəyişərək, ümumilikdə isə 100 qr məhsula 300-400 kkal təşkil edir.

Nə üçün bu qədər xeyirlidir?

Ekstrativ maddələr həzm vəzilərinə yaxşı təsir edərək, iştahı artırır. Tərkibində olan zülal insan orqanizminin əvəzedilməz bioloji mayesi olan qan və limfaların ayrılmaz hissəsi olub, həmçinin imun telləri, hormon və enzimlərinin vacib komponenti sayılır.

Pendir - universal qida məhsulu olaraq, zülal, kalsiy və kalinin əvəzedilməz mənbəyi sayılır. Bu isə hamilə, süd verən və ağır fiziki yüklə məşğul olan insanlar üçün çox məsləhətlidir.

Tərkibində olan B qrup vitamini qan artımına müsbət təsir göstərir, B1 iş qabiliyyətini artırır, B2 isə enerji istehsalına səbəb olaraq, toxumaların tənəffüs proseslərində katalizator rolunu oynayır. Az yaşlarında B2 vitamininə olan çatışmazlıq boy artımının inkişafını ləngidir. Yadda saxlamaq lazımdır ki, uşaqlar üçün gündəlik norma — 3 qr təşkil edir. 1 yaşa qədər körpələr isə ümumiyyətlə məsləhət görülmür.

Bu məhsulu gündəlik rasiona salaraq, siz, dəri, saç və dırnaqlarınızın vəziyyətinin yaxşılaşmasını müşahidə edəcəksiniz. Tərkibində olan A vitamini isə görmə qabiliyyətinə yaxşı təsir göstərir.

Mütəxəssislərin rəyinə görə, pendiri əsasən səhər saatlarında (9:00 — 11:00)yemək məsləhət görülür, belə ki, bu halda onun bütün xeyirli maddələri mənimsənilir./kayzen.az/

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı