2015-07-28 12:42

“Azisin Bakı konsertindəki xanımlara “facebook”da salam yazsan..."

“Azisin Bakı konsertində iştirak edən xanımlara “facebook”da salam yazsan, evliyəm, deyə məni narahat etməyin cavabı alarsan”

Xəbər verdiyimiz kimi, dünya şöhrətli bolqar müğənni Azisin Bakı konserti baş tutub. Konsertə gələn tamaşaçılar, xüsusən də qadınlar Azis üçün əməlli-başlı əldən-ayaqdan gediblər. Azis onunla şəkil çəkdirmək arzusunda olan ağlayan bir heyranına isə eyfariya yaşadıb. O, göz yaşları içində olan heyranının yanına özü düşüb və onu öpərək qucaqlayıb. Bu da azmış kimi heyranını özü ilə birlikdə səhnəyə çıxardaraq onunla rəqs etməyə başlayıb. Yaşadıqlarından sevincək olan xanım onu öpməyə və ona xoş sözlər deməyə başlayıb.

Amma olanlar bununla bitməyib....

Həmin xanımın ardınca digər xanımlar da səhnəyə axın etməyə başlayıb. Onlar müğənni ilə birlikdə rəqs etməyə başlayıb. Səhnədə düşmək istəməyən xanımları müğənni çətinliklə də olsa yola salmağı bacarıb.

Konsertin sonuna yaxın daha bir xanım səhnəyə çıxaraq peşəkar rəqqasə olduğunu bildiribvə Azis üçün rəqs etməyə başlayıb.

Doğrusu bayaq sosial şəbəkədə bir status diqqətimi cəlb elədi.

Bir bəy paylaşım etmişdi: "Azisin konsertində "hoqqa” çıxaran xanımlara "facebook”da salam yazsan, evliyəm, deyə məni narahat etməyin cavabı alarsan”.

Düz sözə nə deyəsən.

Bu da son deyil. Dünən konsertdən sonra başlanan ictimai qınaq hələ də səngimək bilmir. İstər tanınmışlar, istərsə də sadə təbəqə, əksəriyyəti öz narazılığını ifadə edib.

Sonda isə mənim sosial şəbəkə üzərindən olan statusum:

Azisin Bakı konsertində Azərbaycan qadının simasını təbliğ edən bəzi üzdəniraqlar:

Heç olmasa utandız??? Azis kimi şərəfsiz gedib ölkəsində Azərbaycan qadının əxlaqından dən vuracaq, kül sizin başınıza.

P.S Allah dəyərli xanımlarımızı hifz eləsin.

Rəylərin çoxluğundan bura qeyd etməsəm də aydın oldu ki, Azərbaycanın əksər kütləsi bu kimi halların baş verməsinin əleyhinədir.

Azisin Baki konsertində Azərbaycan qadının simasini təbliğ edən bəzi üzdəniraqlar: Heç olmasa utandız??? Azis kimi şərə...

Posted by Sabuhi Vaqifoglu on Bazar ertəsi, 27 İyul 2015
Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı