2015-07-24 12:23

Ev şəraitində limonad hazırlanma qaydası

İsti yay günlərinin ən sevimli içkilərindən biri də limonadlardır. Çox vaxt mağazadan almağa üstünlük verdiyimiz bu içkini ev şəraitində də hazırlaya bilərik.

Bu limonad qida dəyərləri baxımından tam bir sağlamlıq dostudur. Xoş ətirli nanə yarpaqları ilə servis edilməsi içkiyə daha çox ləzzət qatır.

Lazım olan məhsullar (10-11 nəfərlik):

- Limon - 3 ədəd

- Portağal - 1 ədəd

- Şəkər tozu - 1 böyük kasa

- Su - 2 litr

Üzəri üçün:

- Nanə yapraqları

Hazırlanması:

Limonlar yaxşıca yuyularaq qabıqları rəndələnir. Üzərilərinə şəkər tozu tökülüb yaxşıca ovalanır. Sonra 2 limon və 1 portağal nazik-nazik dilimlənir. Limon və portağal dilimləri şəkərli qarışıma əlavə olunur və ovalanır. Ardından 2 litr su əlavə edilərək qarışdırılır. Hazırlanan qarışım süzgəcdən süzülür və təzə nanə yapraqları ilə bəzədilir.

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı