2015-07-21 13:57

Emulqator nədir və nə məqsədlə istifadə edilirlər? - ARAŞDIRMA - FOTO

Emulqator haqqında ətraflı.

Müsəlman olan kəs yediyi qidaların tərkibini bilməlidir.

Müsəlman qalmanın şərtləri arasında, İslam qiyafətinin mühafizəsi kimi, mətbəxinin da qorunması zəruridir.İslam mətbəxində haram yeməklər və haramla əldə edilmiş qidalara yer yoxdur. İslam mətbəxində sözgəlişi, şərab, donuz, leş, yırtıcı heyvan əti, Allahın adı ilə kəsilməyən heyvan əti, böcək, həşərat yoxdur.

Müsəlman, yemək-içmək ilə bağlı hökmləri ədəblə öyrənib tətbiq etməlidir. Qurani-Kərim və hədislər qidalarda bu xüsusiyyətləri önə çıxarır:

Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun! (Maidə surəsi,88)

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə surəsi, 90)

Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin),yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar. (Taha surəsi, 81)

"Sənə şübhəli gələni burax, şübhəli gəlməyənləri al ...!" (Buxari, Tirmizi)

Müsəlmanlar üçün təmiz,halal qidalar çox əhəmiyyətlidir,çünki Allah,bizlərə Qurani-Kərim vasitəsilə yeməklərin "təmiz” olanlarından yeməyimizi əmr etmişdir. Çoxumuz "Əlhamdulillah, mən nə donuz əti yeyir, nə də ki, spirtli içki içirəm” deyib özümüzü bir müsəlman olaraq rahatladırıq. Amma bir çox haram və şübhəli qatqı maddələrinin qidalar vasitəsiylə süfrəmizə gəlib çıxdığından heç xəbərimiz belə olmur. Həmin qidaları çox rahatlıqla yeyib, ən yaxınlarımıza da yedizdiririk.

"Qida qatqısı” dediymiz tərkiblər qida sənayesində təbii və sintetik üsulla hazırlanan qidanın istehsalı, hazırlanması və ya qablaşdırılması qidaya dözümlülük, sıxlıq, rəng vermək məqsədilə qatılan maddə və ya maddə qarışıqlarıdır. Həmin bu qarışımlar bitki və heyvan mənşəli olurlar. Təəssüflər olsun ki, əksəriyyəti də donuz, spirt, böcək və s. çirkin mənbələrdən alınır. Həmin qida qatqıları bəzən adları çox yer tutmasın deyə müxtəlif kodlarla da verilir.

Məsələn: E322, E471, E510 və s. Burda E kodu qida qatqı maddələrini müəyyənləşdirmək və hər hansı bir qarışıqlığa yol açmamaq üçün istifadə edilən Avropa Birliyinin simvoludur. Təbii və ya sintetik qida maddələrində istifadə edilən və qatqı maddəsi olaraq təyin olunan bütün kimyəvi maddələr bu kodlaşdırma sisteminin içindədir.

Qida qatqı maddəsi kimi ən çox tanınan Emulqator nədir və nə məqsədlə istifadə edilirlər?

Yağı suya əlavə edin, görəcəksiniz ki, bu iki maye heç bir zaman qarışmayacaqdır, ta ki, emulqator əlavə olunana qədər.Emulqator uclarından biri yağı sevən (hidrophobic) digəri suyu sevən (hidrophilic) molekullardır.Bu molekullar yağın və suyun yaxşı bir şəkildə bir-birinə qarışmasını (Dispersion) təmin edən bir emulsiya meydana gətirir.

Qədim Yunanlılar, bal mumunun emulqator təsirini kosmetik məhsullarda işlədiblər. Qida istehsalında istifadə edilən ilk emulqator XIX əsrin əvvəllərindən yumurta sarısından hazırlanmışdır. Yumurta sarısının olduqca qısa vaxtda xarab olduğundan emalatçılar 1920-ci ildən bu yana əhəmiyyətli bir qida məhsulu olan soya bitkisindən əldə edilən lesitinə daha çox üstünlük vermişlər. Lakin emulqator üçün ani və əhəmiyyətli inkişaf bundan 10 il sonra, yağ turşu törəmələri (mono və di-qliserinlər) ortaya çıxarıldıqda meydana gəldi. İndiki dövrdə qida istehsalçılarının ən çox işlətdiyi həm çox uzunömürlü, həm ucuz başa gələn və daha çox qazanc əldə etmək məqsədilə qidalara vurulan bu emilqatorların əksəriyyəti haram və şübhəlilər siyahısındadır.

Emulqator qida qatqı maddələri, marqarin, mayonez, kremli souslar, şəkər (bonbon), işlənmiş paketli qidalar, şirniyyatlar və soba məhsulları kimi bir çox qida məhsulunun istehsalında əhəmiyyətli rol oynayırlar. Onun üçün bu qidaları alarkən emulqatorun nə tərkibli olduğunu öyrənib almalıyıq.

İndiki dövrdə insanların əksəriyyətinin bu qatqı maddələrindən xəbəri yoxdur. Əgər biz bir müsəlmanıqsa və bəzi heyvan məhsullarından çıxarılan qida qatqı maddələrindən çəkinmək məcburiyyətindəyiksə onda nə etməliyik?

Məhsul etiketlərinin üzərində qatqı maddələrinin kod nömrələri (məsələn E471) və ya yalnız adları (məsələn mono və diqliserin) sıralanır. Bir də, bir çox qatqı maddəsi bitkilərdən, minerallardan və ya heyvanlardan əldə olunur. Bu cür qatqı maddələrinin olduğu etiketlərdən ətraflı məlumat verilməmişsə istehsalçı ilə əlaqə qurub, İslami şərtlərə uyğun olub olmadığına dair ətraflı məlumatı tələb etməliyik. Məsələn: məhsul etiketinin E321 (soya lesitin) ifadəsi yazılmışsa, bu şübhəli deyil. Amma yalnız E321 və ya yalnız lesitin və ya E321 lesitin yazılırsa o zaman bu maddənin heyvan mənşəli də ola biləcəyini araşdırmaq lazımdır.

İndiyədək bir çoxumuzun da xəbərsiz olduğu həmin şübhəli qatqı maddəsi olan Karmin adlı rəngləndirici ilə tanış olaq:

"Cochineal" adlı böcəkdən əldə edilir. (E Kodu: E120) Heyvani qaynaqlı bir boya maddəsi olan Karmin, minlərlə ildir istifadə olunur. Kəşfi isə İspanların Latın Amerikanı kəşfinə qədər gedir. Avropaya girişi də məhz bu illərdə baş verib. Karminin qaynağı isə Mexiko və Peruda yetişən və qida maddəsi olaraq Kaktusu seçən Coccus cacti adlı böcəyin dişisinin Scaharlach-Schildlaus qurudulub üyüdülməsindən əldə edilir. Bu rəngləndirici ən çox südlü qidalarda, rəngli pudinqlərdə, saqqızda, dondurmalarda, şirniyyat, biskvit, keks, vafli və souslarda, jelibon, qarışıq meyvə aromatlı yumşaq və top şəkərlərdə, meyvəli içkilərdə və s. göz aldadıcı rəngli qidalarda olma ehtimali yüksəkdir.

Araşdırmalara əsasən ən çox haram ehtimalı olan qatqı maddələri hansılardır?

Ümumiyyətlə, qatqı maddələri haram, şübhəli, zərərli və təmiz olmaqla bir neçə qruplara ayrılır.Amma bu maddələrin hər birini əzbərləmək mümkün olmadığından hər birimizin yanında ən azı haram və şübhəli qida kodları siyahısı olmalıdır. Ən çox haram olma ehtimalı olanlar aşağıdakılardır:

E120 - Cochineal (Karmi) Rəngləndirici; böcəklərdən əldə edilir; kosmetikalarda, şampunlarda, qırmızı alma sularında, şirniyyatlarda və digər qidalarda istifadə olunur. Həssas və asmatik səhhəti olanlarda allergik reaksiyalara səbəb ola bilər.

E441 - Gelatine (Jelatin) tündləşdirici, sabitləşdirici, homogenləşdirici maddələr; donuz, mal-qara, balıq kimi heyvanların dəri, bağ toxumaları və sümüklərindən əldə edilir. Allergiya və astmaya səbəb ola bilər.

E542 - Bone PHOSPHATE heyvanların sümüklərindən çıxarılır. Emulqator və qidan bərkitmək məqsədilə fosfor qaynağı olaraq istifadə edilir. Bununla yanaşı əsasən kosmetikada istifadə edilir. (Diş pastası kimi). Məhsul heyvan sümüklərindən (xüsusən də donuz) əldə edilir.

E640 - Glycine, Sodium Dad verici. Un məhsullarında istifadə olunur. Kimyəvi olaraq mürəkkəb mənşəyini təyin etmək mümkün deyil, ancaq istehsalçı firma bilə bilər. Donuz da daxil olmaqla, heyvanların sümük və dərilərindən da istifadə edilir.

E910 - L - Cysteine, E920 - L-Cysteine Monohydrochloride, E92 - L-Cysteine hydrochloride- Çörək və tort məhsullarında istifadə olunur. İnsan saçı, donuz daxil olmaqla heyvan tükü və toyuq tükündən əldə edilir.

Məlumdur ki, donuz əti və ondan hazırlanan qidalar haramdır. Nəyə görə məhz əksər ( haram və şübhəli) qatqı maddələrində bu heyvanın üzvlərindən istifadə olunur?
Hamıya məlumdur ki, hər bir heyvan istifadə olunduqdan sonra onun yararsız üzvləri atılır. Donuz isə istifadəçilərin əlində elə bir hala gəlmişdir ki, bu heyvanın heç bir üzvü atılmlır. Düşünün ki, dərisindən, bağırsağından, tükündən, yağından, sümük iliyindən tutmuş bütün hissələrindən istifadə olunur. Bunu hər bir insan özü araşdıra bilər. Məsələn tükündən fırça istehsalında, sümük iliyindən jelatin istehsalında, kosmetik məhsulların əksəriyyətində yağından və s. istifadə olunur.

Qeyri-müsəlman ölkələrində donuz əti asanlıqla yeyilən bir qidadır. Düşündürücü ola bilər ki, niyə məhz müsəlman üçün haram olan bu heyvanın qalıqları digər məhsullar vasitəsilə istifadə olunsun?! Ona görə ki, donuzdan alınan hər bir maddə çox ucuz başa gəlir. Məsələn: jelatin kimi bir maddəni başqa bitkilərdən (aqava bitkisi, heyva tumu və s.) də əldə etmək olar, amma onların istehsalı çox baha başa gəldiyindən istifadə olunmur. Ancaq ölmüş bir heyvan əti, istifadə edilmiş sümüyü atmaqdansa həmin artıqlardan istifadə çox ucuz, həm də ki, istehsalçılar üçün çox sərfəli olur.

Sonda müsəlman qardaş və bacılarımıza demək istədiklərim...

Bunu qəbul etmək lazımdır ki, bir çoxumuz bu mövzuya ciddi mənada lazımınca yanaşmır.Qidaların tərkibi haqqında xatırlatmalar olduqda da çoxlarının cavabı "Onda gərək ac qalaq”, "Onsuz da bütün qidalarda haram və şübhəli qatqılar var”, "İndiki dövrdə qorunmaq mümkün deyil” və s. olur. Bu deyilənlərlə sadəcə özümüzü rahatladırıq. 

Amma laqeyd olmağa haqqımız yoxdur, çünki, qida mövzusu, Allah təalaya hesab verəcəyimiz bir mövzudur. /interaz/







Pərviz Xəlilov

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı