2015-07-10 17:06

Saxta balı necə anlamaq olar?

Bir çox dərdin dərmanı olan balın faydalarını saymaqla bitməz.

Ancaq bu fayda, bal təbiidirsə, öz təsirini göstərir. Bəs balın təbii və ya saxta olduğunu necə anlamaq olar? Bunu anlamaq mümkündür...

Təbii məhsullar kimyası üzrə mütəxəssis Sevil Gülsoy balın bilinməyən xüsusiyyətləri haqqında fikirlərini bildirib. Onun fikrincə, bal şübhəsiz, dünyanın ən dəyərli qidalarındandır. Bu qidanı hazırlayan da arılar - göründüyündən də möhtəşəm varlıqlardır.

Sıx tük örtüyü ilə örtülü olan bu canlılar özləri və bizim üçün inanılmaz enerji sərf edirlər. Bal arıları çiçəklər və meyvə tumurcuqlarından çəkdikləri nektarları bal mədəsi orqanlarında invertaz fermenti ilə kimyəvi dəyişikliyə uğradırlar. Pətəyə gəldikdə bal işçi arılar tərəfindən bal arılarının mədəsindən əmilir və ağızlarında yarım saat ərzində çeynənilir. Bal ancaq bundan sonra həm arılar, həm də insanlar üçün istifadə ediləcək hala gəlir.

Bir arı bir qaşıq balla dünyanı dolanacaq enerjiyə sahib olur

Arılar baldan əldə etdikləri enerjini maksimum dərəcədə istifadə edə bilirlər. Arıların həyatları boyu yedikləri bal miqdarı əslində yarım çay qaşığından artıq deyil. Belə ki, bir arı iki yemək qaşığı bal ilə dünyanın ətrafına dolana bilər. Həmçinin dəqiqədə 11 bin 400 dəfə qanad çalar. Arılardan gələn vızıltı da əslində onların qanadlarının səsidir.

Kristallaşan ballar

Kristallaşan balın şəkərli olduğu ilə bağlı cəmiyyət arasında yanlış fikir formalaşıb. Halbuki şəkər qatılmış ballar çox uzun müddət kristallaşmadan qala bilər. Təmiz və təbii ballar isə balın əldə edildiyi çiçəklərin növündən asılıq olaraq fərqli olmaqla yanaşı xüsusilə də qış aylarında və soyuqda saxlanıldığı tədqirdə bir neçə ay kimi qısa müddətdə kristallaşa bilər. Bu kəsinliklə təbii bir proses olub baldan istifadəni əngəlləyəcək bir problem deyil.

Bal kristallaşmış şəkildə də yeyilə bilər. Eyni zamanda su vannası üsulu ilə isitmə proseduru vasitəsilə (isti su dolu bir qabın içərisində balın isidilməsi) kristallar əridilərək də istifadə edilə bilər. Kristallaşmış balın istifadəsində sağlamlıq baxımından heç bir problem yoxdur.

Bal və şəkərin fərqi

Balı şəkərdən fərqləndirən çok əhəmiyyətli bir amil var. Şəkər ancaq həzm sistemində dəyişikliyə məruz qaldıqdan sonra qana qarışdığı halda, bal həzmə ehtiyac olmadan çox sürətli şəkildə qana qarışır. Beləliklə də bal insan bədəninin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalana biləcəyi bir qidadır. İlıq su ilə qarışdırılan balın bir neçə dəqiqə ərzində bədənə enerji verdiyi müəyyən olunub.

Tarixin bioloji silahı

Tarixin ilk bioloji silahının bal olduğunu qeyd edən Gülsoy ədəbiyyatda adı "Rhododendron pontica”  olan və xalq arasında "dağ gülü, meşə gülü” olaraq tanınan bitkinin rəngli çiçəklərinin arılar tərəfindən bal əldə etmək üçün istifadə olunduğunu qeyd edib. Bu bitkidən əldə edilən bal da dəli bal adlandırılır.

Bu çiçəyin tərkibində olan grayanotoksin birbaşa ürəyə təsir edən zəhərdir. Huşun itirilməsi, əzələlərdə gərilmələrə səbəb olur. İnsanda təzyiq şiddətli şəkildə aşağı düşərsə, hətta ölümə də yol açan nəticələr doğura bilər. Buna görə də dəli balın çox yeyilməsi və ya yaşlı insanlar tərəfindən yeyilməsi ölüm hallarına da gətirib çıxara bilər. Sadəcə insanlar deyil, heyvanların belə bu səbəbdən öldüyü müşahidə olunub. Bir çay qaşığından artıq yeyilməsi zəhərlənməyə səbəb ola bilər.

Dəli bal az yeyilməlidir

Dünyanın ən yaxşı bal növü olaraq göstərilən dəli bal bir çox xəstəliklərin müalicəsində istifadə olunur və acı və büzücü dadı vardır. Çox az yeyildiyi təqdirdə bir çox xəstəliyə dərmandır.

Şabalıd balı dəli bal deyil

Ən çox qarışdırılan məsələlərdən biri də şabalıd balının dəli bal olduğu düşüncəsidir. Dəli bal şabalıd balından fərqlidir. Meşə güllərinin çiçəklənmə dövrləri fərqli olmaqla yanaşı şabalıd ağacları meşə güllərindən sonra çiçək açır. Eyni bölgədən yığılan bu iki bal ayrı-ayrılıqda yığılarsa, bu anlaşılmazlıq da aradan qalxmış olar.

Saxta balı anlamaq çox çətindir

Saxta balla təbii bal arasındakı fərqi anlamaq çox çətindir. Ən yaxşı bal istifadəçisi olsanız belə, saxta balı təbii baldan fərqləndirmək olduqca çətindir. Təbii bal ən doğru şəkildə laboratoriya analizlərindən sonra məlum olur. Bu səbəbdən də balı mütləq etibar etdiyiniz yerdən əldə edin.

Mütəxəssislər balın təbii olub-olmadığını belə anlayır

Mütəxəssislər balın təbii olub-olmadığının bu şəkildə anlaşıldığnın qeyd edir:

- Bal soyuducuda kristallaşırsa, təbiidir.

- Təbii bal qaşıqla götürüldüyü zaman kəsintisiz gəlməlidir.

- Soyuducuda təxminən bir ay qalan balın krem və ya kərəyağı qatılığına gəlməsi balın təbii olduğunu göstərir.

- Soyuq havada donmayan bal təbii bal deyil. Zeytun yağı donduğu kimi, qabın alt qisimləri donarsa, bu, təbii baldır.

- Saxta balın rəngi biraz daha açıqdır.

- Təbii balın qoxusu yoxdur.

- Təbii bal daha qatıdır.

- Təbii bal şəkərlə hazırlanan bala nisbətən daha kəskindir. Artıq yeyildiyi zaman burunda yanğı hissi yaradır.

- Balda az da olsa şəkərdən qaynaqlanan alkoqol olması səbəbilə kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanır.

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı