2015-07-10 10:22

Bu gün islam dünyası beynəlxalq Qüds gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds gününü qeyd edirlər.

LiderXeber.az xəbər verir ki, Beynəlxalq Qüds Günü təşəbbüsünün irəli sürülməsi dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatını yaradıb.

İndi Ramazan ayının sonuncu cüməsini yaşayırıq. Otuz altı il əvvəl İran İslam İnqilabının banisi Ayətullah Xomeyni 1948-ci ildən etibarən Fələstin xalqının məruz qaldığı zülmə son qoymaq üçün Ramazanın sonuncu cüməsini Beynəlxalq Qüds günü kimi adlandırıb. Belə əlamətdar hadisənin ilbəil keçirilməsi islam dünyasında, eləcə də dünya xalqlarında zülmə və işğala qarşı mübarizəni formalaşdırıb.

Beynəlxalq Qüds gününün islam xalqlarına təsiri bununla bitmir. Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarının birləşdirən əsas amildir. Məhz bu amilin yaşanması və yaşadılması islam ümmətinin gələcək həyatını təmin edən addımdır. Bu səbəbdəndir ki, islam xalqlarının səadətini istəməyən imperializm, müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmaqdan çəkinmir.

Belə əlamətdar günlərdə keçirilən aksiyalar və nümayişlər bir daha müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirəcək və müsəlman ölkələrinin öz gələcək taleyinə əhəmiyyət verib-verməməsini otaya qoyacaq.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı