2015-07-08 16:48

Canlandırıcı saç maskası

Saçı baxımlı etmək üçün bahalı kosmetik məhsullarına elə də etiyac yoxdur.

LiderXeber.az ev şəraitində saç baxımı üçün canlandırıcı maska hazırlamağın yollarını təqdim edir:

Lazım olan vasitələr: Soyuq su, bal, sirkə, mayonez, banan, qatıq

Bal saçı nəmləndirərək gücləndirir, saç elastikliyini artırır, qırılmanın qarşısını alır.  Mayonez,  zeytun yağı, yumurta saçlar üçün olduqca faydalı olmaqla yanaşı saçınız üçün möcüzə bir baxım maddəsidir. Saçlarınızı içdən bəsləyər və sürətli uzanmasına kömək olar.

Hazırlanması və istifadəsi: 3 çay qaşığı balı bir kasaya tökün və içərisinə bir stəkan soyuq su, sirkə və az miqdarda mayonez əlavə edin.

Bir kasaya bananları dilimləyin, içinə 3 yemək qaşığı qatıq əlavə edin və blenderdan keçirin, bunun üçün rondodan yaxud da, mətbəx robotunuzu da istifadə edə bilərsiniz. Əgər evinizdə bu əlatlərdən heç biri yoxdursa, dilimlədiğiniz bananları çəngəllə yaxşıca əzin, qatıqla qarışdırın. Ən sonda bütün vasitələri kasada birləşdirin. Canlandırıcı maskanız hazırdır. 

Maskanı saç diblərinizə və saçlarınıza masaj edərək yedirin. 10-15 dəqiqə gözləyin və daha sonra saç növünüzə uyğun şampunla durulayın.

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı