2015-07-07 14:38

Qadın psixologiyası...

Yer üzündə nə qədər qadın varsa, o qədər də psixologiya var. Qadın şirin qızımız, bacımız, qadın əvəz olunmaz anamızdır.

Bu adlara əsaslanaraq qadın psixologiyası fərqli olur. Bu o demək deyil qadını başa düşmək çətindi. Qadın psixologiyası çox maraqlı və yaş həddinə görə dəyişkəndi. Qadınlar incə məxluqdur.

Dostluğa gəldikdə dostluq qadın və ya kişiyə görə dəyərləndirilmir. Dost olub və ya olmamağın səbəblərə, yaşanan situasiyalara görə təsiri böyük olur.

Qadınlar kateqoriyalara görə çox fərqlidirlər. Güclü, zəyif, güvənsiz, aciz və .s. Sevgidə isə onlar eynidirlər. Tarix bunu göstərir ki, qadınların sevgisi möhkəm və sadiq olur. Buna misal olaraq Fərizə və İlhamı göstərə bilərik. Fərizənin sevgisi dillərə dastan oldu.

Qadınlarda rəqabət hissi maraqlı haldır. Buna xoş rəqabət deyərdim. Çünki qadın kimdəsə nə gözəl gördüsə, onu götürər, bu da qarşı tərəfdə olan qadına zidd gələ bilər . O zaman rəqabət sayılır.

Qadında kompleks ciddi mövzudur. Kompleksli xanımlar coxdur. Kompleksi yaradan düşüncələrdən çox şey asılıdır. Bu düşüncələr nə kimi narahatçılıqlar yaradır və həyatda hansı maneələr törədir. İnsan gözəl düşüncələrlə həyatında dəyişiklik etməyə qadirdir. Gözəl düşüncə, hər insanın həyatında möhtəşəm donüşlər edir. Bunu görmək üçün gözəl gözə və bu gözəlliyi hiss edən ruha sahib olmalısan. Hər bir insanın ruhunda POZİTİVLİK var.

Fərqli qadın tipləri var.

Qadıların tipləri zovqlərinə, yaş həddlərinə, həyat tərzinə görə dəyişir….

Hamiləlik zamanı hər xanımda psixoloji dəyişiklik yaradır . Bəzən bu hallar cütlük arasında fərqində olmayaraq soyuqluqlar yaradır. Zamanının çox hissəsini hamiləliklə əlaqədar olaraq xanımlar gününün yarısını yatmaqla, qeyri - adi hallara düşməklə keçirir. Bu da zamanla soyuqluğa gətirib çıxarır. Körpənin dünyaya gəlməsi, analığa adaptasiya o qədər də asan olmur. Bu kimi hallarda atalar daha anlayışlı, daha da yaxın olmaları, dəstəkləri anaya böyuk stimuldu. Amma nə yazıq ki, hər kəs bu kimi hallarda anlayışlı olmur. Bu da gənclərin maariflənməməsindən irəli gəlir.

İş rejimi ağır olan xanımlar çox qürurlu xanımlardır. Bəzən həyat, bəzən də zamanla təhsilə yiyələnməməkdən irəli gəlir bu hallar. Amma belə xanımlar öz alın tərləriylə qazanırlar, işləri ağır olsa belə. Bəzən elə xanımlarla da rastlaşıram ki, çox aciz duruma salırlar özlərini. Konsultasiya zamanı amma görürsən ki, azacıq dəstək onların həyata, özlərinə güvənlərini artır. Bu da onların yaşadıqları hıyat tərzindən asili oldugunu göstərir.

Xoşbətlik kiçik və böyük olur. Qadınlar diqqətlə xoşbəxtliklərin görürlər. Adi şirin söz belə qadınları xoşbəxt edə bilir. Amma böyük xoşbəxtliyə gəldikdə, bu onların yaşadıqları, həyatda baş verən xoş hadisələrə bağlıdır. Bu halları bütün qadınlar fərqli anlada bilərlər. Çünkü hər xanımın özünə xas həyat tərzi və xoşbəxtliyi hiss etdikləri həyat hekayələri var.

Arzu Müzəffərova

Pozitiv Psixologiya Mərkəzinin rəhbəri

Eksklüziv olaraq LiderXeber.az üçün

SON XƏBƏRLƏR


Yuxarı