2015-07-06 11:09

Səidə Sultandan şok açıqlamalar: "Erməni mahnısı oxuyanları, nəsli erməni olanları efirə buraxırlar, amma..."

Müğənninin veirlişində həmkarı Rəhim Rəhimliyə "səni cıraram" deməsi son günlər şou aləminin əsas müzakirə mövzularından biridir.

Artıq layihəyə yeni aparıcılar da təyin olunub. Amma sən demə, ortada yetərincə gizli məqamlar var imiş və onun efirdən uzaqlaşdırılması üçün xüsusi hazırlıq gedibmiş.

Hər halda, Səidə Sultan açıqlamasında bu cür deyib.

- Səidə xanım, necə düşünürsünüz sizin efirdə "səni cıraram" deməyiniz bu qədər şişirdilməliydi, yoxsa məsələnin arxasında bilmədiyimiz məqamlar var?

- Təbii ki, hər şey mənə qarşı məqsədli şəkildə həyata keçirildi. Efirdə o qədər nalayiq hərəkət edənlər var ki, heç birinə də heç nə deyilmir. Amma mənim bir sözümü bu qədər şişirtdilər. Uşaq da bilir ki, burada mənə qarşı qərəz var idi. Guya Milli Televiziya və Radio Şurası qərar çıxarıb ki, efirdən uzaqlaşdırılmalıyam. Bu qurumun hansısa aparıcını efirdən uzaqlaşdırmaq səlahiyyəti yoxdur, sadəcə xəbərdarlıq edə bilər.

- Məqsədli şəkildə deyəndə söhbət kimdən, yaxud nədən gedir? Telekanal rəhbərliyini, yoxsa MTRŞ-nı nəzərdə tutursunuz?

- Telekanal rəhbərliyi ilə heç bir problemim yoxdur. Məni gözü götürməyən insanlar kimlərəsə zəng vurublar. Bilirdim ki, əvvəl-axır nəsə olacaq. Şəxsən bu aləmdə arxalandığım heç kim yoxdur. Adicə efirdə geyimimdə problem yarananda həmin gün heç bir sayt yazmadı. Gecə də saytlarda yox idi. Kimsə məqsədli şəkildə səhər saat 6-dan həmin görüntüləri sosial şəbəkələrə və saytlara buraxdırdı. O insanlar hər gün oturub məni izləyirdilər ki, görüm bu dəfə nə olacaq. Videoya baxanda da görünür ki, orada tərbiyəsizlik, yaxud artıq hərəkət yoxdur. Mən orada loru dildə danışmışam. Türkiyənin kanallarına baxsınlar da, hər şeyi loru dildə deyirlər, səmimiyyət var. Loruluq tərbiyəsizlik deyil. Özüm də bilirəm ki, düşmənli adamam. Onlar mənə xəbərdarlıq edə, yaxud məvacibimi kəsə bilərdilər. Əvvəla, mən illərin aparıcısı deyiləm, müğənniyəm və verilişi də ona uyğun aparırdım.

- Müğənninin aparıcılıq etməsi bu kimi halların yaranmasına səbəb olur. Sənət adamının aparıcı olması vacibdirmi?

- Dünyanın hər yerində müğənnilər aparıcılıq edir. Çünki onu sevən tamaşaçılar müğənnini aparıcı kimi görməyi də xoşlayırlar. Mən heç ömür boyu aparıcılıq arzusunda olmamışam. Təklif gəlib, qəbul etmişəm. Ancaq hesab etmirəm ki, məni işdən qovublar. Məni hardansa qovmaq heç kəsin başı üçün deyil.

- Gözü götürməyən deyəndə konkret kimi nəzərdə tutursunuz?

- Mənimlə açıq-aşkar düşmənçilik aparan bir prodakşn var.

- Söhbət hansı prodakşndan gedir?

- Adını demək istəmirəm, onsuz da özləri bilirlər.

- Ədavət nədən yaranıb?

- Nə baş verdiyini dəqiq bilmirəm. Bilirsiniz nə maraqlıdır? Erməni mahnısı oxuyanları, nəsli erməni olanları efirə buraxırlar, amma mənim bir sözüm qəbahət olur?

- Digər aparıcı Elgün də layihədən uzaqlaşdı. Onun təqsiri nə idi?

- Heç kimin təqsiri yox idi. Sadəcə, gərək işin yiyəsinin sözü keçərli olsun. Əgər bir işə kənardan kimsə başını soxursa, nəticə uğurlu olmayacaq.

- Necə oldu bildiniz ki, layihə başqa aparıcılara tapşırılıb? Yəni bunu sizə hansı formada çatdırdılar. Çünki saytlar sizin qovulduğunuzu yazırdılar....

- Bu qurma bir iş idi. Dediyim kimi məvacibimdən də kəsə bilərdilər, amma etmədilər. Ancaq heç nə itirmədim. Sənətimi heç kəs əlimdən almayıb. Dedilər ki, verilişin heyəti dəyişdirilir və başqa aparıcılar istəyirlər. Həmin aparıcılar da o prodakşnın öz adamlarıdır.

- Erməni mahnısı oxuyan deyəndə kimi nəzərdə tuturdunuz?

- Özləri bilir. Bunu hamı bilir, adını çəkib şərəfləndirmək istəmirəm. Onlar şou biznesin pislik edən viruslarıdır. İlk gündən bu prodakşn Azərbaycan şou biznesini korlayanlardan biridir. Onu deyə bilərəm ki, bizə düşmən lazım deyil. Özümüz özümüzə düşmənik də.

- Yenidən aparıcılıq təklifi gəlsə, qəbul edəcəksiniz?

- Mən aparıcılıq xəstəsi deyiləm. Təklif gəldi, bekarçılıq idi, qəbul etdim (gülür) Dedim görüm necə olur. Amma kanal-kanal gəzib veriliş axtaran deyiləm.

- Və son olaraq layihənin yeni aparıcıları Tural və Tahirə barədə fikirlərinizi bilmək istərdim.Yeni aparıcılar barədə fikriniz nədir?

- Hər ikisinə uğurlar arzu edirəm İşləri avand olsun.olke.az

SON XƏBƏRLƏR


Yuxarı