2015-06-29 11:26

Bu yazı rüşvət sözü eşidəndə üzü gülənlər üçündür

Bəlkə də bu sözü eşidəndə çoxunun gözü gülür, çoxunun da əsəbləri korlanır. Hər iki halda bu söz az qalıb ki, həyatımızın tərkib hissəsinə çevrilərək qanuni bir hal alsın. Nədir rüşvət ? Bizi irəlimi aparır, yoxsa geriyəmi?

İstənilən halda "rüşvətin" olmağını nə dövlət orqanları, nədə ki, şəxslər inkar edə bilməz. Rüşvət var və olacaq da. Çünki mənim düşüncəmlə insan olan yerdə rüşvət olmaması qaçılmazdır. İstər biz buna hörmət deyək, istər başqa bir şey. Nə deyiriksə deyək bu xalqı uçuruma aparan bir vasitədir.

Rüşvət almaq və ya vermək özü-özlüyündə qanun pozuntusudur. Amma buna riayət edən azdır. Mənə maraqlıdır, ölkələrdə qanunlarmı qüvvəyə minir, yoxsa qüvvələrmi qanunları minir? Qanun pozuntusunu bir yana qoyaq, vicdansızlıqdır. Bu tək bizim ölkə üçün deyil, rüşvət olmayan ölkə məncə yoxdur.

Hər kəs hər işi asan yoldan həll etməyi sevir. Əslində bir işi asan yolla həll etmək gözəldir, amma asan yolla haram yolu səhv salanlar çoxdur. Belə baxanda son illərə nisbətən bizdə bu cür faktlar aradan qaldırılır yavaş - yavaş. Bu çox gözəl haldır. Gələcəyə savadlı kadrlar hazırlanmasına, pul ilə yox, savadı ilə təhsili başa vurub ölkəyə, xalqa yararlı işlər görən gənclərin yetişməsinə səbəb olur.

Belə baxanda rüşvət alandan çox rüşvət verən günahkardır. Biz hər işimizi qanunla etsək, tam hüquqlarımızı bilsək, heç kəsə rüşvət vermək məcburiyyətində qalmarıq. Polis, həkim, müəllim, hakim və. s vəzifə sahiblərindən rüşvət alanların sayı az deyil. Yerindən duran aclıqdan danışır, amma hər işlərini pul ilə həll etmək istəyir. Bu qədərmi pulunuz çoxdur ?!

Təbii ki, rüşvətlə universitet bitirən bir gənc rüşvətlə işə düzələcək və çalışdığı zamanda rüşvət alacaq.

Ölkənin gələcəyini korlamayaq. İstənilən halda rüşvət almaqda rüşvət verməkdə Vətənə xəyanətdir.

Ümid edirəm ki, tam savadlı kadrların xalqa xidmət edəcəyi günlər gələcək. Bizim ikinci bir Vətənimiz yoxdur, Azərbaycana sahib çıxaq və gələcək nəsilə təmiz bir ölkə əmanət edək.!

Mərdan Orucoğlu

Türkiyə Giresun Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Uluslararası İlişkiler Bölümünün I kurs tələbəsi

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı