2015-06-26 13:09

Uşaqlarda qorxu - Nə qədər qorxmaq olar, nə qədər olmaz? - Psixoloq məsləhəti

Uşaqlarda qorxu.

Uşaqlarda qorxu. Nə qədər qorxmaq olar, nə qədər olmaz? Uşaqları qorxutmaq hara qədər normaldır ?

Mövzu ilə bağlı Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Arzu Müzəffərova LiderXeber.az-a açıqlama verib. Həmin açıqlamanı sizlərə təqdim edirik:


"Valideyniksə, bu ada diqqət yetirməliyik. Adını deyil də, ağırlığını daşımalıyıq. Əlbəttə ki, çox çətindir. Amma şərəflidir. Hər bir valideyndən uşaqlıq çağını soruşsaq, onun da danışacaq travmaları var. Öz valideynlərindən edəcək şikayətləri də olacaq. Çünki həyatın qanunu budur.

Amma elə detallar da var ki, bunlara diqqət yetirməliyik. Övladlarımıza olan güvən, münasibət, qayğı, sevgi. Valideyn övladına nə qədər yaxın olmalıdır və bunu nə qədər bacarır? Hər bir valideyn onun uşağının nədənsə qorxduğunu söyləyəcək, bu normaldır. Ancaq aşırı qorxular və uşaqda bəlli bir yaş həddi, bu artıq psixoloji narahatçılıqdır.

Uşaqlar anlamadığı bir şeydən çox qorxurlar. Hər kəsin qorxduğu yerlər var. Doğuşdan, uşaqların səsindən, gurultudan, yad adamlardan çox qorxurlar. (1 yaşına qədər ).1 yaşından sonra küçədə pişikdən, itdən və .s.

Tədbirlərdə klounlar, filmlərdə mənfi obrazlar, insan çoxluğundan belə qorxuları olur. Məktəbəqədər dönəmdə anadan ayrılmaq qorxusu, tək yatmaq. Qorxu bu hallardan başlayır. Əgər 5-6 yaşında uşaq nədənsə aşırı qorxursa, burda artıq problem var. Sudan da qorxan uşaqlar az deyil. Bu uşaqların gec çimməyinin nəticəsidir. Uşaq doğulmadan 9 ayına qədər suda olduğunu hər kəs bilir. Niyə bəs doğulduqdan sonra suya qarşı qorxular başlayır? Bunun bir səbəbi var, gec çimmək.

Analar düşünürlər ki, tez- tez çimizdirmək uşaqlarda xəstəliklərə səbəb olur, amma bu heç də belə deyil. Su uşaqların həm fiziki, həm də əqli inkişafina böyük təsir edir. Suda olarkən onların ən cox sevdiyi oyuncaqlarıyla da belə uşaqları cimizdirmək olar. Analar bu hallara diqqət etməlidirlər. Qorxu uşaqlarda özgüvəni, sərbəst davranmağı, fikirlərini doğru - düzgün çatdırmağı zəiflədir. Bu hallar zamanla adət halını alır və illər keçdikcə insan həyatında maneələrə yol açır".

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı