2015-06-25 10:15

Dini Komitə: Gənclər arasında dini maarifləndirmə gücləndirilməlidir

Tovuzda "Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başa çatıb. İyunun 24-də konfrans işini panellər formatında davam etdirib.

"Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Komitənin mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” mövsuzunda çıxış edərək, gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayıb. Sədr müavini bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini bildirərək, milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruri olduğunu bildirib.

G.İsmayılov gənclər arasında dini maarifləndirmənin güclənməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.

Daha sonra Ruslan Əsgərovun "Milli-mənəvi dəyərlərimiz müasir gəncliyin formalaşmasında əsas komponent kimi” mövzusunda məruzəsi dinlənilib.

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı