2015-06-23 12:18

Cəmil müəllimlə Rüstəm müəllimin erməni təəssübkeşliyi...

Bir jurnalist kimi Cəmil Həsənli ilə Rüstəm İbrahimbəyova az-çox hörmətim vardı. Ancaq bir vətəndaş və bu Vətənin bir övladı kimi, sonuncu müsahibədən sonra Rüstəm müəllimə və statusundakı "qarğa-quzğun" ifadəsi ilə ermənini müdafiə edən fikirlərinə görə Cəmil müəllimə qarşı məndə nifrə hissi formalaşır.

Mən heç cür başa düşə bilmirəm ki, torpaqlarımızı işğal edən, bizə Xocalı kimi ağır faciələr yaşadan bir xalq haqqında, "Biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq”, - deyə sərsəm bir fikir səsləndirəsən. Bu ziyalılıq deyil, ziyanlılıq və açıq xəyanətdir, Vətənə xəyanətdir, Qarabağda şəhid olan vətənpərvər oğullarımızın. qızlarımızın ruhuna xəyanətdir, Xocalıda, Kəlbəcərdə, Şuşada, Cəbrayılda, Füzulidə, Ağdamda, bütövlükdə Qarabağda vəhşicəsinə qətlə yetirilən körpələrin, qız gəlinlərin, cavanların-qocaların ruhuna xəyanətdir.

Cəmil müəllim, siz də xəyanət etdiniz. Rüstəm müəllimi dəstəklədiyinizə görə, onun "Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”, - sözlərinə dəstək verərək, bizləri "Qarğa-quzğun" adlandırdığınıza görə, yuxarıda sadaladıqlarıma xəyanət etdiniz.

Adınızı radikal müxalifət qoymusunuz, bunu qəbul edirik, Azərbaycan hakimiyyətini ölkədəki vəziyyətə görə ənqid edirsiniz, bəzim tənqidlərinizi dəstəkləyirik, amma "radikal müxalifətçi" olmaq o demək deyil ki, Azərbaycanın keçirdiyi beynəlxalq tədbirlərə görə, erməni lobbi təşkilatlarına dəstək verərək, dövlətimizə qara ləkə atmağa çalışasınız, ermənilərlə dostluqdan dəm vuran bir qocanı dəstəkləyəsiniz.

Əgər doğrudan da erməni təəssübkeşliyi çəkirsinizsə, o zaman köçün, gedin Ermənistana. Sizi əmin edirəm ki, ermənilər sizi, Əkrəm Əylislini və Rüstəm müəllimi Ermənistanın fəxri vətəndaşları edəcəklər. Bu qədər.

Rövşən Ziya

SON XƏBƏRLƏR


Yuxarı