2015-06-18 12:16

"Sarvan" 15-ci Beynəlxalq Rəqs Festivalında iştirak edib

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festivalında iştirak edib

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor ansambılı Türkiyənin Dənizli şəhərində keçirilən rəqs festivallarına qatılaraq Gürcüstanı təmsil edib. Ansambıl festivallarda gürcü və azərbaycan xalq rəqsləri və mədəniyyət nümunələri nümayiş etdiribdir.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva LiderXeber.az-a bildirib ki, Denizli şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan festivala 11 ölkədən 380-ə yaxın iştirakçı qatılıbdır. Onlardan Bosniya və Hersoqovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika, Kosova və digərləri təmsil olunub.

Ansabılın çıxışları böyük iztihamla qarşılanaraq izləyiciləri heyrətə gətiribdir. Ansamılın bədii rəhbəri Cəmilə Məmmədovanın sözlərinə görə gürcü və azərbaycan xalq rəqsləri, aşıq maxnıları yerli əhali və xarici təmsilçilər tərəfindən müsbət qarşılanaraq böyük maraq yaradıbdır.

7 gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən "Sarvan" folklor ansambılına mükafatlar təqdim olunubdur.
Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi Zeybək rəqsini ifa etmək üçün səhnəyə dəvət etdi, iştirakçıların içində Gürcüstan təmsilçiləri də yer aldı.

Qeyd edək ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor ansambılı 9 ilə yaxındır ki, dəstək almadan fəaliyyət göstərir, qrupun nəzdində aşıqlar qrupu, gürcü və azərbaycan rəqslərindən ibarət gənclər və yeniyətmələrdən ibarət qrup, maxnı və musigi bölümü fəaliyyət göstərir. Ansambıl bir çox beynəlxalq və ölkədaxili müsabiqələrə və festivallara qatılaraq nailiyyətlər əldə edib.

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı