2015-06-18 11:31

“Həmkara Dəstək” metodiki vəsaitinin təqdimat mərasimi keçiriləcək

"Həmkara Dəstək” metodiki vəsaitinin təqdimat mərasimi keçiriləcək.

LiderXeber.az-ın verdiyi məlumata görə, bu yaxınlarda 230 saylı tam orta məktəbdə keçirilən məktəb daxili təlimlərin nəticəsi olaraq məktəbin direktoru Elşən Qafarov, direktor müavini Ləman Babayeva, məktəbin müəllimi Tünzalə Əmirova tərəfindən tərtib edilmiş "Həmkara Dəstək” Metodiki vəsaitinin təqdimat mərasimi keçiriləcək. Tədbir Bakı şəhəri 6 saylı orta məktəbdə baş tutacaq. Təqdimat mərasimində Azərbaycan Təhsil Şurasının rəhbəri Əjdər Ağayev, şuranın digər əməkdaşları, məktəb direktorları, təhsil ekspertləri və müəllimlər iştirak edəcəklər.

Tədbir sabah, yəni iyun ayının 19-da saat 13:30 keçiriləcək.

Qeyd edək ki, tədbirin sonunda "Həmkara Dəstək” Metodiki vəsaitin satış sərgisi də təşkil ediləcək. Təqdimat mərasiminə kitabla bağlı maraqlanan hər bir kəs dəvətlidir.


Xəyal Şükür

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı