2015-06-16 09:16

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Pozitiv Psixologiya Mərkəzinin kollektivi ilə görüşüb - FOTO

Psixologiya sahəsində maarifləndirici tədbirlər aparılacaq

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov Pozitiv Psixologiya Mərkəzinin kollektivi ilə görüşüb. 

LiderXeber.az-ın məlumatına görə, görüşdə hər iki qurum arasında əməkdaşlığın aparılması müzakirə edilib.

Bir necə ildir ki, psixologiya sahəsində çalışan Mərkəzin rəhbəri Arzu Quliyeva bidlirib ki, mərkəzdə psixologiyanın müxtəlif sahələri üzrə mütəxəssislər çalışır. A.Quliyeva bildirib ki, həm ailə qurmağa hazırlaşan, həm də artıq evlənmiş gənclərin maariflənməsinə böyük önəm verirlər: "Çalışırıq ki, ailə quran gənclərdə narahatçılıqlar olmasın. Real insanlarla işləmək əsl psixologiyadır. Həyat varsa, çətinliklər də var və o çətinlikləri sevə-sevə aradan qaldırmalıyıq”.

Mərkəz rəhbəri psixoloqların dəstəyinə arxalanan insanların sayının artmasında maarıfləndirmə işlərinin aparılmasının da böyük əhəmiyyət kəsb etdiyini deyıb.

Tədbirdə daha sonra Alyansın sədri Elmar Məmmədov Mərkəzin rəhbəri Arzu Quliyevanı Alyansın fəxri üzvü elan edib.





Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı