2014-03-11 18:04

Nərmin Hüseynlinin vida mərasimində jurnalistlərə qarşı hörmətsizlik - Video Reportaj

Xəbər verdiyimiz kimi, bir həftə əvvəl Türkiyənin İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan, xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli dünən vəfat edib.

LiderXeber.com informasiya agentliyi olaraq mövzu ilə bağlı mərhumun Sumqayıt şəhərində yaşadığı evə yollandıq və vida mərasimi, eləcə də dəfni ilə bağlı reportaj hazırlamaq istədik. Təəssüf ki, mərhumun evinin qarşısına toplaşmış bir çox insan arasında özlərinin dediyinə görə, "Könüllülər” adlanan dəstə jurnalistlərə qarşı ehtiramsızlıq göstərdi. Onlar bildirdi ki, ailə üzvləri çəkilişə, müsahibəyə razılıq vermir, amma görüntü götürə bilərsiz, lakin bir az keçməmiş görüntüyə də icazə verilmədiyini bildirdilər.

Cənazə son mənzilə yola salındıqdan sonra isə mərhumun bacısı, digər qohumları və dostları sanki bizə qarşı günahkar kimi "siz Nərmin xəstə olanda hardaydız, niyə kömək etmədiz”və s ittihamlar səsləndirdi.

Üzümüzü isə onlara, eləcə də bu fikirli insanlara tutub deyirik.

Biz redaksiya olaraq etdiyimizi etdik, hətta Nərmin üçün bu yaxınlarda Metroparkda xeyriyyə konserti keçirilən zaman bizim əməkdaşlar orada köməklik göstərmiş və maddi vəsaitin yığılmasında mühim rol oynamışlar.

Qeyd edək ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanmışdı.

İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər.

Lakin buna baxmayaraq N.Hüseyinli dünən müalicə aldığı xəstəxanada dünyasını dəyişdi .

Allah rəhmət eləsin!

P.S Mərhumun bəzi yaxınlarının mətbuata qarşı səsləndirdiyi ittihamlara cavab olaraq bildirmək istəyirik ki, hər halda Nərmin Hüseynlinin xəstəliyinin ictimailəşməsində və müalicəsi üçün vəsaitin yığılmasında hamısı olmasa da əksər mətbu orqanların rolu olub. Neyləyək ki, əcəli bura qədərdir!

  

Səbuhi Vaqifoğlu

Gülnarə Quliyeva

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı