2015-06-16 15:27

Sumqayıtda qəfil baş verən yanğını FHN əməkdaşları dərhal söndürdü - Özəl Video

FHN əməkdaşları Sumqayıtda yanğının qarşısını aldı.

Sumqayıt şəhərində otluq sahədə yanğın baş verib.

LiderXeber.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sumqayıt şəhərində dənizkarı parka yaxın otluq sahədə naməlum səbəbdən yanğn baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğının digər əraziyə keçməsinin qarşısı alınıb.

 Hadisədən eksklüziv görüntüləri sizlərə təqdim edirik:

 

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı