2015-06-13 12:52

Milli Qurtuluş Günü Füzulidə qeyd olundu

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

LiderXeber.com xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak edib. 

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər. 

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. 

Alı Alıyev bildirib ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Tədbirdə çıxış edənlər 22 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlayıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. 

Günay Cəfərova

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı