2015-06-12 16:30

Turistlərin Bakı təəssüratları - Video Reportaj

Bu gündən ölkəmiz möhtəşəm idman bayramına ev sahibliyi edir.

 

Bu gündən ölkəmiz möhtəşəm idman bayramına ev sahibliyi edir.

LiderXeber.az-ın verdiyi məlumata görə, təxmin edildiyi kimi Bakıya xeyli sayda turist gəlib. Artıq şəhərin hər yerində xarici qonaqlara rast gəlmək mümkündür. Turistlərin ilkin Bakı təəssüratı ilə tanış olduq. Şəhərimizin qonaqları paytaxtımıza heyranlıqlarını gizlətmədilər.

Portuqaliyalı turist

"Bakı çox gözəl şəhərdir. Şəhərinizi çox bəyəndim. Xüsusi ilə arxetekturasını. Şəhəriniz müasirdi yeni binalarla köhnə binaların sintezi çox xoşuma gəldi. Mətbəxiniz haqqında hal-hazırda heç bir məlumatım yoxdur. Amma tez bir zamanda Azərbaycan mətbəxinin yeməklərindən dadacağam.”

Çinli Turist

"Mən Çindən bura dostlarımla gəlmişəm. Bakını çox bəyəndim qədimliyi insanların mehribanlığı məni valeh etdi. Bakının dənizi, dənizkənarı bulvar mənim çox xoşuma gəldi. Bundan sonra da Bakıya səfər etməyi duşunurəm.”

Latviyalı turist

"İlk dəfədir Bakıdayam. şəhərin Təmizliyi qədimliyi çox xoşuma gəldi. Artıq bir necə saatdır Bakını gəzirəm bura məni valeh edir. Bakıya I Avropa Oyunlarını izləməyə gəlmişəm bir neçə gün burda qalacam və Bakının bütün yerlərini gəzmək istəyirəm.”

Malaziyalı turist

"Bakıya ilk dəfədir gəlirəm. Bura dostumla gəlmişəm. Şəhər çox gözəldir. Dənizi qiz qalası məni heyran edir. Ölkənizdə bu gün möhtəşəm idman yarışı keçirilir və məndə ilk Avropa Oyunlarnı izləməyə gəlmişəm.”

İsveçrəli turist

"Şəhərinizdə çoxlu maşın var. Amma ümumilikdə şəhəriniz çox xoşuma gəldi. Yeni tikilmiş binalar və dəniz kənarı bulvar məni heyran etdi.

Avstriyalı turist

"Bakı çox gözəl şəhərdi. Bir neçə saatdır burdayam və şəhəriniz hələ ki mənim çox xoşuma gəlir.”


Səbuhi Vaqifoğlu

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı