2015-06-11 11:24

“Qələbə Bizimlədir” layihəsinə yekun vuruldu - FOTOLENT

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Qələbə Bizimlədir” layihəsinə yekun vurulub.

Layihənin rəhbəri Şahin Məmmədov LiderXeber.az-a deyib ki, layihə çərçivəsində Bakı, Mingəçevir şəhərlərində və Hacıqabul rayonunda təlimlər həyata keçirilib.

 

Təlimlərdə Paytaxt Bakı şəhərində 2015 - ci ilin iyun ayında Avropa ölkələri arasında tarixdə ilk dəfə keçiriləcək Olimpiya oyunları haqqında gənclərin ənənəvi şəkildə daha çox maarifləndirilməsi üçün onların nəzərinə həm Azərbaycan haqqında həm Avropa oyunları haqqında məlumatlar çatdırılıb.

 

Layihədə iştirak edən 200 (15-25 yaş) Bakı 2015 Avropa Olimpiya oyunları mövzusunda aparılan təlimlər zamanı əldə etdikləri məlumatlar Bakı 2015 Avropa Olimpiya oyunları haqqında onlarda məlumatların olmasına səbəb olacaq.

 

İlk olaraq Bakı şəhərində baş tutan təlimlərdən sonra Mingəçevir şəhərində və Hacıqabul raronunda layihə həyata keçirilib. Ümumilikdə hər iki rayonda 100-də çox gənc iştirak edib. Gənclərə Avropa Oyunları ilə bağlı məlumat xarakterli bukletlər payıanıb. Tədbirlərdə rayon İcra Hakimiyyətinin və Gənclər idman İdrələrinin nümayəndələri iştirak edib.

 

Eyni zamanda komandalar şəklində tərtib olunmuş təlimlərdə gənclər Avropa Oyunları zamanı qarşılaşacaqları turistlərə Azərbaycan haqqında hansı məlumatları verə biləcəkləri müzakirə edilib.

 

Qeyd edək ki, "Qələbə Bizimdir” layihəsini həyata keçirməkdə əsas məqsəd gəncləri Bakı şəhərində 2015-ci ilin iyunun ayında Avropa ölkələri arasında tarixdə ilk dəfə keçiriləcək Olimpiya oyunları haqqında məlumatlandırmaq və idmançılarımızın bu olimpiyadada qələbə qazanmaqları üçün onlara dəstək olmaqdır.













Aytac Salahova


LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı