2015-06-05 10:12

Görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

LiderXeber.com-un məlumatına görə, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. İbtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun (universitetinin) dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.

M.Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

İstedadlı şair 1938-ci ildə cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.

Azərbaycanda hər il iyun ayının 5-i Şairlər günü kimi qeyd edilir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı