2015-06-04 17:24

2 övladın ataları üçün ürək ağrıdan çağırışı - Video Reportaj

Həsənovlar ailəsinin dərdinə dərd əlavə olunub.

Bəşəriyyətin ən üstünü olan insanın böyük arzusu onun sağlam yaşaması və uzun ömürlü olmasıdır. Lakin bu arzular çox vaxt reallaşmır. Elə 46 yaşlı Həsənov Kərimin arzuları kimi.

Füzuli rayonundan məcburi köçkün düşən Həsənovlar ailəsinin doğma yurd acısı unudulmamış, üzərinə daha bir dərd əlavə olur. Bu isə Kərimin düçar olduğu Qaraciyər serrozudur. 5 ay oncə həkimlərin qoyduğu diaqnoz sonradan gepatit b-yə çevrilib. Ailə üzvlərinin sözlərinə görə Cümşüdün ciyəri təcili transplantasiya olunmasa onun həyatda yaşamaq ehtimalını azaldacaq. Hazırda donorluğa namizədin olduğunu deyən ailə bu əməliyyatın Azərbaycanda həyata keçirilməsi üçün 45 min maanat tələb olduğunu bildirir. Qəhrəmanım bizimlə söhbət edərkən danışmağa çətinlik çəkdiyini, ağrıların onun rahat buraxmadığını bildirirdi. O da, hamı kimi tezliklə sağalıb ailəsinin dərd qəminin azalması üçün hər gun Allaha dua etdiyini deyir. Kərim Həsənov Üzünü imkanlı və xeyirxah insanlara tutaraq hərkəsin ona maddi dəstək olmasını xahis edir.

Ümumiyaşayış binasında cəmi 1 otaqlı məzildə yaşayan Həsənovlar ailəsinin başçısının yataq xəstəsi olması bu ailənin sosial durumunu daha da ağırlaşdırır. Hələ ömürlərnin ilk baharını yaşayan Zeynəb və Muradın gözlərindəki hüzn dolu baxışları insanı vicdanı sızlatmaya bilməzdi. Onlar da hamı kimi atalarını tezliklə öz sağlamlığına qovuşmasını və yenidən xoşbəxt günlərə dönməsini hərşeydən çox istədiklərini deyir. Atalarının əməliyyat olunması üçün maddi imkanlarının olmadığını deyən Zeynəb və Murad bütün Azərbaycan xalqından maddi dəstək gözlədiklərini bildirirlər.

Yardım etmək istəyənlər birbasa ailə ilə əlaqə saxlaya bilərlər.

Mob: 055 896 89 19. 070. 812 45 15

Bank hesab nömrəsi:


LiderXeber.az Azad TV-nin hazırladığı süjeti sizlərə təqdim edir:

 


SON XƏBƏRLƏR


Yuxarı