2014-03-07 10:30

Bu ailənin sizin yardımınıza ehtiyacı var - Video Reportaj

Sumqayıt şəhər sakini Elşən Həsənov artıq 3 ilə yaxındır ki, skolioz xəstəliyindən əziyyət çəkir.

Bu barədə LiderXeber.com informasiya agentliyinə açıqlama verən Elşənin anası Təmais Həsənova bunları deyib:

"Oğlum artıq 3 ilə yaxındır ki, skolioz xəstəliyindən əziyyət çəkir. Elşənin atası 16 il öncə vəfat edib. Müalicəyə maddi imkanımız yoxdur. Ancaq mən aldığım pensiya ilə birtəhər dolanırıq. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirik”.

Yardım etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.

Əlaqə: (055) 622-01-53

  

Səbuhi Vaqifoğlu

Gülnarə Savalanqızı

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı