2014-02-01 07:35

Sezon "kişiləri" Alfonslar

Hər bir insan sağlam olmaq istəyər. Sağlam olmaq üçün isə gərək idman edib, aktiv həyat tərzi sürəsən. Lakin son zamanlar, idman zallarına gələn bəzi insanların ünvanlarını fahişəxanalarla səhv saldıqlarını düşünürəm. Niyə? Ona görə ki, qış aylarında intensiv məşqləri ilə gözəl bədən qurluşu əldə edən, lakin havalar qızan kimi, quşlar tək isti yerlərə (Antalya, Bodrum) və bu kimi yaşlı, varlı qadın turistlərin üz tutduqları istirahət məskənlərinə gedən oğlanları görüb bu fikirə gəlirəm. Bir neçə vaxt bundan öncə, yay fəslindən bu yana görmədiyim birinin zalda gördüm. İstəyirdim soruşum filankəs, harda idin, niyə məşqə gəlmirdin? Amma onun ucadan və fəxrlə digər bir idmançıya dedikləri sözlər həm sualıma cavab verdi, həm də bir az əvvəl dediklərimi təsdiqlədi.

Yəqin sizə də maraqlıdı görəsən onlar nə danışırdılar. Maraq üçün onların danışıqlarını sizlərə təqdim edirəm:

Adlarının bilinməməsi üçün (Türkiyədən gələn) və (Digər idmançı) kimi sizlərə təqdim edirəm

A:
- Qardaş, nə qəşəng bədən quruluşun var

B: - Çox sağ ol, elə sənin də bədənin pis deyil

A:- Bu cür bədənli oğlanların indi bilirsən nə qiyməti var?

B:- Yox, necə bəyəm?

A:- Filankəs, indi yaşlı xalalar ölüreee bu cür oğlanlar üçün

B:- Qaqaş, onsuzda işsizəm, gör neynəyirsən

Bu danışığı uzatmaq da olardı, lakin mənə maraqlı olan onların mənasız danışıqları yox, bunu eşidən bəzi qulaq şahidlərinin nəinki narahatçılığı, əksinə,"Oy da, qaqaş "alfonsdu, kefdədi eee",- deməsidir. Qədim peşə sayılan fahişəlik xidmətindən bəhs ediləndə birmənalı olaraq göz önünə qadınlar gəlir. Amma görünür bir çox işlərdə olduğu kimi, bu sahədə də bəzi "kişilər" "qadınları" tək qoymayırlar.

Artıq iş o həddə çatıb ki, Azərbaycan gəncinin öz bədənlərini açıq-aydın pulla satmaqdan belə utanmır. Bu yaxınlarda Alizadə soyadlı 24 yaşlı alfons gəncin yerli xəbər saytlarının birinə verdiyi açıqlama məni daha narahat etdi. Müsahibəni sizlərə də təqdim edirik:

- Özünüzə başqa peşə tapa bilmədiniz?

- Bu iş daha çox xoşuma gəlir. Rahat və asan pul qazanma yoludur.

- Utanmırsız?

- Alfons olmağımdan niyə utanmalıyam ki? Əksinə, işimlə fəxr edirəm.

Görünür bu gəncə tərbiyə aldığı ailədə və yaxud məktəbdə KİŞİ qəhramanlarımızdan çox, "hollivud"un bu tipli kinolarını daha çox aşılayıblar. Allah bilir nə qədər bu cür üzdə asan, amma əslində mənəviyyatsız, satıldığı qadının intim təkliflərinə qul kimi əyilən və bu yolla pul qazanmaq istəyən gənclərimiz var. Amma onlara "alfonsluğu" öyrədənlər deyəsən deməyiblər ki, bu cür həyatın sonu köləlik, narkomanlıq və yaxud ölümdür.

Sözümü alfons qurbanı olan, amma sonda öz "sevgilisini" (alfonsunu) öldürən müğənni Məsumə Əliyevanın başına gələn hadisə ilə bitirmək istəyirəm. Oxuyun və özünüz qərar verin alfons olmağa dəyər?

"Qadın hissləri ilə oynayan, sevgiyə əyləncə kimi baxan, məni sevə-sevə, məndən istifadə edərək mənə xəyanət edən, məni heç ayağımın tozu ola bilməyən səviyyəsiz bir qıza dəyişən alfonsu mən öldürməliydim. Həyatda belə alfonslar çoxdur. Öz xarici görkəmləri ilə qadınların ürəyinə yol tapan, onların pullarını yeyən şərəfsiz alfonslara qarşı hər birimiz mübarizə aparmalıyıq. O mənim kimi gözəl xanımın qədrini bilmədi. Məni əxlaqsız, barlarda böyüyən bir qıza dəyişdi. Mənim növbəti hədəfim həmin bar qızıdır. O qız azadlıqda gəzə bilməz.

Mənə də Məsumə Əliyeva deyərlər. Qətli törətmişəm, heç heyfsilənmirəm də. Çünki mən onun cəzasını verdim. Belə də olmalı idi. Mən illərlə ağlıma gətirə bilməzdim ki, o həyatda gözəl aktyor imiş. Əgər məndən gözəl bir qıza tamah salsaydı, mənə təsir etməzdi. Deməli mən yanılmışam. O, elə bar əxlaqlı insan imiş. Mən bu işi belə qoymayacam. O qız azadlıqda gəzə bilməz, yenə deyirəm. Cəzamı çəkməyə də hazıram. Bir alfonsu öldürməklə cücərən yüzlərlə alfonsların qarşısını almaq üçün bu addımı atdım. Çörəyimi yeyib məni bar qızına dəyişən şərəfsiz yalnız ölümə layiqdir".

AbbasƏli Hüseyni

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı