2015-05-15 12:43

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Sumqayıt şəhərində səyyar görüş keçirib - Video Reportaj

Alı Alıyev Sumqayıt şəhərində səyyar görüş keçirib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Sumqayıt şəhərindəsəyyar görüş keçirib.

LiderXeber.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, eyni zamanda Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimov iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Daha sonra səyyar qəbulda Alı Alıyev Sumqayıtda məskunlaşmış Füzuli rayon məcburi köçkünlərinin müraciətlərini dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, icra başçısı Sumqayıtdakı görüşündən sonra Müşviqabad, Mehdiabad və Bakıda yaşayan rayon sakinləri ilə görüşəcəyini qeyd edib.

 

Hazırladı: Redaktor, montaj: Səbuhi Vaqifoğlu

Mətni səsləndirdi: Nazilə Alməmmədova

Foto-müxbir:Abbas Əlioğlu

Operator: Əzim Uğur

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı